Sərhədimizdə “həyəcan”: sığınacaqlara girmək… – İrəvan xəbərdarlıq etdi


Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində təlim keçirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

“Mayın 12-də saat 10:00-dan 15:00-dək Tavuş rayonunun İcevan icmasının Kirants qəsəbəsində “Hava həyəcanı” siqnalı zamanı əhalinin xəbərdar edilməsi, sığınacaq və evakuasiya işlərinin təşkili” mövzusunda təlim keçiriləcək”, – məlumatda qeyd edilib.

Bildirilib ki, həyəcan siqnalı saat 12:00-da veriləcək. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ