Sülh müqaviləsi üzrə danışıqlarda yenilik var? – Qriqoryan deyir ki...


Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda heç bir irəliləyiş yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

“Əgər yeni bir şey ortaya çıxsa, biz ictimaiyyətə məlumat verəcəyik”, - Qriqoryan bildirib.

Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar./publika.az


MANŞET XƏBƏRLƏRİ