İki nüvə ölkəsinin başı bir qazanda qaynayar? Vəziyyət getdikcə gərginləşir - ŞƏRH


Mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi "Sindoor" əməliyyatının başladığını elan edib.

Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, lakin “terror infrastrukturu” hədəfə alınıb.

Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsini, 1 PUA-sını vurub və Hindistan ordusunun 15-ci korpusun 9-cu diviziyasına tabe olan 12-ci piyada briqadasının qərargahını məhv edib.

Maraqlıdır görəsən, 2 ölkə arasındakı qarşıdurma daha da geniş boyut ala bilərmi? Ümumiyyətlə bu müharibədə üstün tərəf kimdir? Turkustan.az olaraq sualımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov: Bütün hallarda ilin sonuna qədər savaş davam edəcək- ÖZƏL

Hinistan dünən axşam Pakistanın müxtəlif ərazilərinə zərbələr endirdi, amma nəzərə almaq lazımdır ki, Pakistan da bunun əvəzini çıxdı və Hindistana ağır zərbələr endirdi. Hindistanın Fransadan aldığı 5 ədəd "Rafale" qırıcı təyyarələri vuruldu ki, bu da Fransanın nüfuzuna vurulan zərbə kimi dəyərləndirilə bilər. Düşünürəm ki, böyük dövlətlərin səyi nəticəsində bu eskalasiya çox dərinə işləməyəcək. Nəzərə alsaq ki, Hindistan Pakistanı vurandan sonra öz hədəflərinə çatdıqlarını və bununla da işi dayandırdıqlarını bəyan etdi. Düşünürəm ki, qarşıdurmanın böyüməsi Hindistan üçün maraqlı olmayacaq, ona görə bu gərginlik qısa müddət sonra tamamlana bilər. Hindistan bu müharibədə iqtisadi gücünə, əhali sayına görə daha üstündür. Amma unutmamaq da lazımdır ki, Pakistan ordusu dünyanın ən güclü ordularından biridir. Pakistanın nüvə ehtiyatı da Hindistandan bir az artıqdır ki, bu da ciddi bir faktor kimi dəyərləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ