Təbriz şəhərində Mirzə Əli Siqqətülislam evində (Nizami Gəncəvi adına ədəbiyyat və kültür mərkəzi) görkəmli şair Bulud Qaraçorlunun anadan olmasının 100 illiyinə həsr onunan tədbir keçirilib.
Turkustan.az xəbər verir ki, tədbirdə çıxış edən tanınmış lüğətşünas-alim Həsən Umudoğlu şairin yaradıcılığından danışandan sonra onun əsərlərinin təbliği üzrə etdiyi tədrisdən bəhs edib:
"25 il ömrümü Səhəndin təbliğinə və onun əsərlərinin geniş oxucu kütləsinə çatmasına, şeirlərində işlətdiyi müxtəlif sözlər üzərində açıqlamasına həsr etmişəm. Həftələrlə Marağa şəhərinin avtovağzalında oturub şəhər sakinlərindən yerli sözlərinlərin mənasını soruşmuşam. Səhəndin əsərlərində axtarıb tapmadığım söz qalmayıb. Mən Səhəndin əsərləri üzrə dərs demişəm".
Tədbirin təşkilatçılarından olan yazıçı, tənqidçi Şahin Muradi isə Bəxtiyar Vahabzadənin Səhəndə yazdığı şeiri səsləndirib.
Şair Arəş Sai, yazıçı Məhəmməd Qəzayi, tədqiqatçı Əhməd Yusifi və "Qürub" dərgisinin baş redaktoru Rza Həmraz Bulud Qaraçorlunun yaradıcılığına müxtəlif cəhətlərdən yanaşıblar.