Milli Konservatoriyada Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib


Oktyabrın 7-də Azərbaycan Milli Konservatoriyasında tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Konservatoriyanın rektoru Kamilə Dadaş-zadə sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Tədbirdə sənətkarın pedaqoji və səhnə fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələri və həmkarları onun ifasında sevilən muğam və mahnıları səsləndiriblər.

Sonda yubilyar sənətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ