Sayt rəhbərinə 10, oğluna 5 il həbs - Məhkəmə


Rüşvət almaqda təqsirləndirilən “Dogruxeber.com” saytının rəhbəri İlham Həsənov və saytın redaktoru olan oğlu Renar Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Turkustan.az apa-ya istinadla xəbər verir ki, hökmə əsasən, İlham Həsənova 10 il, Renar Həsənova isə 1000 manat pul cəzası təyin edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onlar ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.

Ata və oğula Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddərəli ilə ittiham irəli sürülüb.


MANŞET XƏBƏRLƏRİ