Ermənistanla sərhəddəki ilk dirəyə yazılmış 33-ün mənası bilindi – SİRR AÇILDI


Ötən gün Azərbaycan-Ermənistan sərhədinə quraşdırılmış ilk sərhəd dirəyinin üzərinə yazılmış 33-1 rəqəmi diqqət çəkib. Bir qisim bu rəqəmi Ermənistanın işğal siyasətinin başladığı vaxtdan (Xankəndi şəhəri 1991-ci ilin dekabrında işğal edilmişdi – red.) bu günə qədər olan müddətlə əlaqələndirir, digər qisim isə numerologiyada irəliləyişin, dürüstlüyün, cəsarətin simvolu olduğunu deyir.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımov fotosu yayılan sərhəd dirəklərindəki rəqəmlərdə simvolik məna axtarılmasına lüzum olmadığını deyib.

Onun sözlərinə görə, həmin rəqəmlər məsafə göstəriciləridir:

“33-1 və ya başqa rəqəmin olması normaldır, çünki sərhəd dirəklərini bu qaydada rəqəmləşdirirlər. Yəni bu dirəklə digər dirək arasındakı məsafəni göstərir.

Sərhədin hansısa hissəsində bir hadisə baş versə, onun yerini məhz bu rəqəmlərlə bildirirlər. Məsələn, 33-1 rəqəmli dirəyin yanında hadisə baş verib, sərhəd pozulub və s. Yəni hadisənin məkanı barədə konkret məlumat verə bilmək üçün göstərilən rəqəmlər qeyd edilir”.


MANŞET XƏBƏRLƏRİ