Hizbullah İsrail ordusuna aid 3 hədəfə hücum edib


Hizbullah Hərəkatı sərhəd xəttində İsrailin 3 hərbi mövqeyini hədəf aldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada İsrailin Branit hərbi bazasında yerləşən 91-ci Briqadanın İran istehsalı Burkan raketi ilə vurulduğu və hücumdan sonra briqadada yanğının başladığı bildirilib.

Hizbullah Zibdin və ər-Rahib mövqelərinin də artilleriya atəşi və müvafiq silahlarla vurulduğunu qeyd edib.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 304 Hizbullah üzvü, 61 Livan vətəndaşı, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 İsrail vətəndaşının öldüyü açıqlanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ