“Bu, nə zəfər idi, nə də fəlakət” – “Zelenski iki məsələdə ABŞ-ni əliboş tərk etdi”


ABŞ-dən qayıdan Volodimir Zelenskini qarşıda çətin çağırışlar gözləyir - Rusiyanın nailiyyətləri, zəifləyən cəmiyyət və ağır qış.

Turkustan.az xəbər verir ki, “Financial Times”-ın Zelenskinin ABŞ səfərinin nəticələrinə dair yazısında belə deyilir.

“Həyat daha da çətinləşmək üzrədir”, - nəşr yazır. Qəzet Ukraynanın yeni çağırışlarla, xüsusən çətin qış, enerji sektoruna hücum təhlükəsi, səfərbərlik və NATO-ya üzvlük üçün zəif perspektivlərlə üzləşdiyini qeyd edir: “Cəbhə xəttində olan bir çox Ukrayna hərbçiləri getdikcə daha çox Rusiya ilə danışıqlara meyl edirlər. Komandirlərdən biri olan Yuri deyir: “Mən indi danışıqların tərəfdarıyam”. O, həm də hərbçi oğlunun həyatını müharibədə keçirə biləcəyindən və sonsuz münaqişənin nəvəsinə miras qalmasından narahatdır.

Kuraxovodakı 72-ci Mexanikləşdirilmiş Briqadanın başqa bir zabiti xəbərdarlıq edir: "ABŞ kranı bağlasa, işimiz bitmiş olar". Bu, Ukraynanın Qərbin dəstəyindən asılı olması ilə bağlı narahatlığı əks etdirir.

Ali Radanın Xarici Siyasət Komitəsinin sədri Aleksandr Merejkonun sözlərinə görə, “Ukrayna cəmiyyəti tükənib”. O, Rusiyanın anlaşmağa hazır olduğuna dair şübhələrə baxmayaraq, danışıqlara başlamaq üçün Qərb tərəfdaşları tərəfindən Prezident Zelenskiyə artan təzyiqi qeyd edib.

Avropa Xarici Əlaqələr Şurasının əməkdaşı Ceremi Şapiro isə Bayden administrasiyasının hazırkı strategiyasının dayanıqlı olmadığını deyir. Onun dediyinə görə, ABŞ-dəki prezident seçkilərində Donald Trampın qələbəsi Ukraynanı hərbi və maliyyə yardımını kəsmək təhlükəsi altında əlverişsiz sülh razılaşmasına vadar edə bilər və bununla bağlı narahatlıqlar artır.

"Bu, nə zəfər deyildi, nə fəlakət”. Bunu ABŞ-dəki danışıqlarda iştirak edən Ukrayna rəsmilərindən biri deyib.

Ukraynanın Avropadakı ən qızğın tərəfdarları mübarizəni davam etdirmək istəyə bilər, lakin bunu etmək üçün silahları və ABŞ-nin buraxdığı boşluğu doldurmaq planları yoxdur.

Keçən həftə Zelenski “qələbə planını” təbliğ etmək üçün ABŞ-yə səfər etdi. Zelenski bunu “güc yolu ilə sülhə nail olmaq strategiyası” adlandırıb. Bir anda onun ABŞ-dəki missiyası Tramp onu sülh danışıqlarına müqavimət göstərdiyinə görə tənqid etdikdən və Pensilvaniyadakı silah fabrikinə baş çəkdiyinə görə qınadıqdan sonra fəlakətə dönmək üzrə idi. Lakin o, nəticədə Trampı onunla görüşməyə inandırdı…

Bununla belə, Ukrayna lideri Vaşinqtonu iki mərkəzi məsələdə əliboş tərk etdi: Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə dair icazə və Ukraynanın NATO-ya üzv olmaq üçün müraciəti. Bayden administrasiyası “münaqişəni gərginləşdirmək” perspektivindən ehtiyat edərək hər ikisinə müqavimət göstərdi.

"ABŞ rəsmiləri Zelenskinin külli miqdarda Qərb silahı tələblərini özündə əks etdirən "qələbə planı"na heç də heyran olmadılar. ABŞ-ni tərk edən Zelenski oktyabrın “qərar vermə vaxtı” olacağını söylədi. Beləliklə, Ukrayna lideri Qərbdən Rusiya daxilindəki hədəfləri vurmaq üçün yenidən icazə istəyəcək…” /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ