Məlum olduğu kimi, bir müddət əvvəl rəsmi İrəvanın tələbi ilə İrəvan aeroportunda xidmət göstətən Rusiya sərhədçiləri oradan çıxarılıb. Lakin Ermənistanın qonşu Türkiyə və İranla sərhədlərini hələ də rusiyalı sərhədçilər qoruyur.
Turkustan.az xəbər verir Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhəd qoşunlarının bütünlüklə Ermənistandan çıxarılmalı olduğuna eyham vurub.
O, yerli mətbuata açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin ölkənin Türkiyə və İranla sərhədində qalmasının zəruriliyi barədə düşünməlidir: “İndi Türkiyə və İranla sərhəddə Rusiya sərhədçiləri var. Hesab edirəm ki, burada bizim də düşünməli olduğumuz şeylər var”.
Xatırladaq ki, Ermənistanın Türkiyə ilə 345 km və İranla 45 km sərhədi var. Rusiya sərhədçiləri SSRİ dağılandan bu günə kimi oradadırlar. /azpolitika.info/