İtaliya və İraq birgə bəyanatla çıxış edərək, Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün hər cür səy göstərəcəklərini bildiriblər.
Turkustan.az xəbər verir ki, İtaliya və İraq Yaxın Şərqdə regional gərginliyin qarşısını almaq üçün hər cür səy göstərməyə sadiq olduqlarını bir daha bəyan ediblər.
İraqın xarici işlər naziri Fuad Hüseyn və İtaliyanın xarici işlər naziri Antonio Tajani telefon danışığında Yaxın Şərqdəki son hadisələri dəyərləndiriblər.
İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hər iki nazirin Yaxın Şərqdə artan gərginlikdən dərin narahat olduqları və “İtaliya və İraqın regional gərginliyin qarşısını almaq üçün hər cür səy göstərəcəklərinə dair öhdəliklərini bir daha təkrarlayırlar” ifadə edildi.
Bəyanatda iki nazirin məsələ ilə bağlı yaxından müzakirələrini davam etdirəcəyi qeyd edilib.
Tajani sosial media hesabından verdiyi açıqlamada İtaliya hökumətinin bölgədə gərginliyin qarşısını almaq üçün səy göstərdiyini vurğulayaraq, "İraqdakı sabitliyin bölgənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını" qiymətləndirib.
Qəzzada atəşkəs üçün İraqla əməkdaşlıq etmək istədiklərini ifadə edən Tajani, Yaxın Şərqdə sülhün təmin edilməsinə önəm verdiklərini ifadə edib.
Eltac Zülfüqaroğlu/Turkustan.az