ABŞ 4 ölkə vətəndaşlarının ölkəyə girişini müvəqqəti dayandırdı


Bildirilib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarının “sponsor fırıldaqları” səbəbindən ABŞ-a girişini müvəqqəti olaraq dayandırıb.

Turkustan.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarının ABŞ-a girişinin “müvəqqəti olaraq” dayandırıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu 4 ölkədən vətəndaşlara sponsorluq edən şəxslər yoxlanılır və bu səbəbdən yeni qəbul olmayacaq.

Sözügedən ölkələrin vətəndaşları üçün təhlükəsizlik təhdidinin olmadığına diqqət çəkən açıqlamada, "Problem sponsorlardadır. Qəbulların ən qısa zamanda yenidən başlaması üçün lazımi təhlükəsizlik tədbirlərini almağa çalışırıq" dedi.

Bu arada, Amerika İmmiqrasiya İslahatları Federasiyasının (FAIR) hesabatında 3218 sponsorun 100.000-dən çox qeyd aldığı və bəzilərinin ölən insanların məlumatlarından istifadə etdiyi iddia edilib.

Digər tərəfdən ABŞ 2022-ci ildən Venesuela üçün, 2023-cü ildən isə digər 3 ölkə üçün 2 illik iş icazəsi ilə hər ay 30 minə qədər insanı qəbul edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ