ABŞ prezidenti Donald Trampa dəstəyi ilə siyasətdə gündəmə gələn amerikalı iş adamı İlon Mask daha sonra Tramp hökumətindən uzaqlaşmağa başlayıb.
Turkustan.az xəbər verir ki, Mask Donald Trampın dəstəklədiyi vergi endirimi qanun layihəsini tənqid etməyə davam edir.
Tramp tərəfindən "Bir Böyük Gözəl Qanun" adlandırılan vergi endirimi qanun layihəsi Mask tərəfindən mənfi qarşılanır.
Mask əvvəlki açıqlamasında ABŞ-ın böyük bir borc yükü altına girdiyini bildirmiş və qanun layihəsinin mümkün iqtisadi nəticələrini vurğulamışdı.
O, X hesabından mövzu ilə bağlı yeni açıqlama verərək qanun layihəsinin keçəcəyi təqdirdə "Amerika Partiyası"nı quracağını açıqladı.
Aytən Yaşar/ Turkustan.az