ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X hesabından verdiyi açıqlamada Kremlin sözçüsü Dmitri Peskova cavab verib.
Turkustan.az xəbər verir ki, Kelloq Kiyev İndependent qəzetinin xəbərinə istinadən bunları bildirib: "Rusiyanın ABŞ və Ukraynanın sülh danışıqlarını dayandırması ilə bağlı iddiası əsassızdır. Prezident Tramp ardıcıl və müharibəni bitirmək üçün son dərəcə qətiyyətli olub".
“Rusiya Ukraynadakı mülki hədəfləri bombalayarkən vaxt udmağa davam edə bilməz”-deyə, o, əlavə edib.
Bildirək ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında üçüncü raund danışıqlarının tarixinin ən qısa zamanda dəqiqləşdirilməsini gözlədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az