İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyat! Tunç Soyer saxlanıldı


İzmir Respublika Prokurorluğunun İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı "korrupsiya" və "qanunsuzluq" iddiaları ilə bağlı başlatdığı istintaq çərçivəsində səhər saatlarında əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, istintaq çərçivəsində 157 nəfər barəsində həbs-qətimkan tədbiri seçildiyi öyrənilib. Aralarında İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş Başçısı Tunç Soyer də daxil olmaqla çox sayda adam Terrorla Mübarizə İdarəsi qrupları tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında CHP İzmir İl sədri Şenol Aslanoğlu da var.

Prokurorluqdan aşağıdakı açıqlamalar verilib; "İzmir Böyükşəhər Bələdiyyəsi/İzbeton və subpodratçı şirkətlər tərəfindən korrupsiya faktları Hesablama Məhkəməsi Hesabatı, Mülki Müfəttiş Hesabatı, Ekspert Hesabatları əsasında və İzmir Respublika Baş Prokurorluğunun koordinasiyasında aparılan istintaq çərçivəsində aşkar edilib; Aşkar edilmiş cinayət elementləri istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 01.07.2025-ci il tarixdə 157 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Haqqında həbs qərarı çıxarılan şübhəlilərdən bəziləri aşağıdakılardır:

Tunç Soyer (İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri)
Şenol Aslanoğlu (CHP İzmir İl sədri)
Barış Karcı (İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş baş katibi)
Heval Savaş Kaya (İzbetonun keçmiş baş direktoru)
Ulaş Aydın (Manisa Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini)
Engin Güzel (Buca Bələdiyyə sədrinin müavini)
Özgür Ozan Yılmaz (İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş baş katibinin müavini)
Çağlar Kalkan (İzmir Ticarət Palatası Şurasının üzvü)
Qaffar Karadoğan (İzmir Böyükşəhər Bələdiyyəsi Eşrefpaşa Xəstəxanasının Baş Həkim müavini)
Gürkan Ərdoğan (İzsu baş direktoru)
Mehmet Hanifi Mert Yılmaz (Bayraklı Bələdiyyə sədrinin müavini)
Haydar İzgin (CHP Bornova İlçe sədr müavini)
Övünç Özgen (İzmir Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini)
Fırat Erkol (CHP Ankara İl sədri Ümit Erkolun oğlu)

CHP sədr müavini Murat Bakan sosial media hesabından bu açıqlama ilə çıxış edib; "Daha bir səhər əməliyyatına oyandıq. Əvvəlki Böyükşəhər Bələdiyyə sədrimiz Tunç Soyer, dövrün yüksək səviyyəli bürokratları və İl Başçımız Şenol Aslanoğlu səhərin ilk işığında nəzarətə alındı. İstanbulda baş verənlərə bənzər bir proseslə qarşı-qarşıyayıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ