Trampın Pauelə cavabı: Sizə sərvət lazımdır


Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelə nota göndərərək: "bunun ölkəyə sərvət bahasına başa gəldiyini və onun faiz dərəcələrini aşağı salması lazım olduğunu" deyib.

Turkustan.az xəbər verir ki, Leavitt keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Trampın "iqtisadi partlaması" ilə birjanın yenidən yüksəlişdə olduğunu və S&P 500 və Nasdaq indekslərinin rekord səviyyələrə çatdığını bildirib.

Leavitt FED sədri Pouelə Trampın “iş adamı” olduğunu və Trampın iqtisadi düsturunun işlədiyini xatırlatmaq istədiyini bildirib.

Yeganə problemin ölkənin yüksək faiz dərəcələri olduğunu söyləyən Leavitt: "Amerika xalqı aşağı faizli borc almaq istəyir və bunu bacarmalıdırlar, amma təəssüf ki, faiz dərəcələri hələ də çox yüksəkdir. Prezident Tramp bu gün FED sədrinə nota göndərdi" dedi.

Sözügedən notu göstərən Leavitt bunun dünyanın bir çox ölkəsinin faiz dərəcələrini ehtiva edən bir siyahı olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ