İsrail sərhəd qapılarını bağladı: 3 min yardım maşını çöldə qaldı


İsrailin “Refah” və “Kerem Əbu Səlim” sərhəd qapılarını 13 gün müddətinə bağladığı, 3 min yardım maşınının Qəzzaya girməsinə mane olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Qəzzada hökumətə bağlı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin Rəfah və Kerem Əbu Səlim sərhəd qapılarını bağlamağa davam etməsi ilə Qəzzada, xüsusilə şimal bölgələrində aclığın yenidən başladığı bildirilib.

Açıqlamada İsrailin iki sərhəd qapısını ardıcıl 13 gün bağlı saxlayaraq 3 min yardım maşınının Qəzzaya daxil olmasına mane olduğu, 690 xəstə və yaralının isə müalicə üçün xaricə getməsinin qarşısı alındığı bildirilib.

Sərhəd qapılarının bağlı saxlanmasının mövcud dərin humanitar böhranı ikiqat artırdığına diqqət çəkən bəyanatda, "ABŞ rəhbərliyi, Avropa Birliyi və beynəlxalq ictimaiyyət soyqırımın qarşısının alınmasında üzərinə düşən vəzifəni yerinə yetirmədi. Əksinə, "yaşıl işıq yandırdılar" İşğalın soyqırım cinayətini davam etdirməsi, aclıq və mühasirə siyasətinin, "Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq qaydalarını açıq şəkildə pozur. Davamından tam şəkildə işğalçı İsraili, ABŞ rəhbərliyini, Avropa Birliyini və beynəlxalq ictimaiyyəti məsuliyyət daşıyırıq.

Bəyanatda azad dünyanın bütün ölkələri və beynəlxalq təşkilatlar səkkiz aydır davam edən bu qətliamı dayandırmaq üçün İsrailə təzyiq göstərməyə və daha böyük humanitar fəlakətlər baş vermədən keçidlərin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ