Məşhur erməni klarnet ifaçısı Yuriy Sumqayıtski (Yuriy Sarkisyan) ilə bağlı video yayılıb. Görüntülər bir toydandır. Musiqiçi tədbirdə Azərbaycan xalq mahnısı oxuyur. Maraqlıdır ki, bu ifa toydakılar tərəfindən alqışla, məmnunluqla qarşılanır. Mümkündür ki, sözügedən toyun sahibləri vaxtilə Azərbaycanda yaşamış erməni ailədir.
Yuriy Sarkisyan əslən sumqayıtlıdır. O, həmin şəhərdə doğulub, böyüyüb. Uşaqlığından Bakıda və Sumqayıtda yaşayıb. Azərbaycanın ustad sənətkarı, klarnet ifaçısı Ələsgər Ələkbərovun tələbəsi olub. Y.Sumnqayıitski ifalarında Azərbaycan mahnıları, muğamları ifa edirdi. Onun qarmon ifaçısı Orxan Mirzəyevlə Rusiyadakı toylardan birində duetləri də var, bu video sosial şəbəkələrdə yayılıb. Diqqətçəkən odur ki, Yuriy bu mahnını erməni mahnısı kimi təqdim etmir, ermənicə oxumur, onlara məxsus olduğunu iddia etmir, orijinalda səsləndirir. Yuriy Sarkisyan 2021-ci ildə Rusiyada ölüb.
Xatırladaq ki, 1988-ci ildən sonra Bakı, Sumqayıt və Gəncədən köçən ermənilərin demək olar böyük əksəriyyəti əsasən Rusiyada, Avropada, ABŞ-da məskunlaşıb.
Qeyd edək ki, Azərbaycanda xeyli sayda erməni musiqiçi olub. Onlardan biri də Suren Mehrabyandır. O, uzun illər Zeynəb Xanlarovanın ansamblında gitara ifa edib. Suren əslən gəncəlidir. Hazırda Moskvada yaşadığı deyilir. Gitara ilə yanaşı tar, ud və saz da ifa edir. Repertuarında əsasən Azərbaycan və türk mahnıları olur. Muğamları da mükəmməl ifa edir. Rusiyada toylarda, restoranlar solo ifaçı kimi məşhurdur. /globalinfo.az/