İsrail Ordusu Radiosu Suriyadan gələn bomba yüklü pilotsuz uçuş aparatının (PUA) Colan təpələrində qəzaya uğradığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qəzza zolağına qarşı müharibə başlayandan bəri ilk dəfə olaraq Suriyadan gələn partlayıcı yüklü İHA-nın Colan təpələrinin cənubuna düşdüyü bildirilib.
Xəbərdə İHA-nın qəzaya uğraması nəticəsində bir binaya ziyan dəydiyi, xəsarət alanların olmadığı bildirilib.
Yedioth Ahronoth qəzetinin Colan Təpələrində Regional Şuraya əsaslanaraq verdiyi xəbərdə İsrail ordusu qüvvələrinin Colan təpələrinin cənubunda qəzaya uğrayan bomba yüklü İHA tapdığı bildirilib.
İsrailin Jerusalem Post qəzetinin 26 dekabr tarixli xəbərində müdafiə rəsmilərinə əsaslanaraq, İsrailin İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən Razi Musəvinin 2018-ci ildə öldürülməsinə şimal cəbhəsindən cavab gözlədiyi bildirilib.
Eltac/Turkustan.az