Zaxarovadan Ermənistanla bağlı MESAJ: "Konkret faktlara əsaslanmalıyıq"


Xəbər verildiyi kimi, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşündə və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak edəcəyi ilə bağlı siqnallar aldıqlarını söyləyib.

Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezidentin köməkçisinin bu bəyanatını şərh etməkdən boyun qaçırıb.

“Mənə elə gəlir ki, biz ümidlərə deyil, konkret faktlara əsaslanaraq reallığa söykənən mövqe formalaşdırmalıyıq. Gəlin, atılacaq konkret addımları gözləyək, sonra onlara münasibət bildirəcəyik”, - deyə Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə bildirib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ