Fransa Qəzzaya gəmi xəstəxana göndərdi


Fransa İsrail-Fələstin münaqişələri səbəbindən humanitar böhranın fəlakətli həddə çatdığı Qəzzaya xəstəxana gəmisi göndərib.

Turkustan.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Tonnerre adlı xəstəxana gəmisi dünən yerli vaxtla saat 16:00-da Fransanın Tulon limanından Qəzzaya yola düşüb.

Gəmi İsrailin ayrı-seçkilik etmədən ağır hava zərbələri nəticəsində yaralananlara və Qəzzada yanacaq və tibbi ləvazimat çatışmazlığı ilə üzləşən xəstəxanalara dəstək verəcək.

Birinci mərhələdə gəmi xəstəxanalara tibbi maddi dəstək verəcək, ikinci mərhələdə isə təcili yardım kimi fəaliyyət göstərəcək.

199 metr uzunluğundakı gəminin iki əməliyyat otağı, rentgen otağı və ən azı 69 çarpayılıq tutumu ilə xidmət göstərəcəyi gözlənilir.

2007-ci ildən xidmətdə olan Tonnerre, böhranların idarə edilməsi, nəqliyyat, tibbi evakuasiya və dəstək əməliyyatları üçün istifadə olunur.

Fransa COVID-19 epidemiyası zamanı xaricdəki ərazilərinə xəstəxana gəmiləri göndərdi.

Əksəriyyəti qadın və uşaqların 5 mindən çox insanın həyatını itirdiyi Qəzzada İsrailin su, elektrik, qida və yanacaq girişini tam blokadası davam edir.

İsrailin hava hücumları səbəbindən bölgədə dağıntılar günü-gündən artarkən, 2,3 milyon insan əsas ərzaq məhsullarına çata bilmir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ