Putinin Trampla görüşü başladı - 9 ildə səkkizinci dəfə


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.

Bu, 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür. Ümumilikdə isə iki lider son 9 ildə, yəni Trampın hər iki prezidentlik müddətində səkkizinci dəfə bir araya gəlirlər.

Qeyd edək ki, noyabrın 18-də Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Liderlər bir-birinin əlini sıxıb və bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar.

Budəfəki görüş isə nümayəndə heyətlərinin iştirakı ilə daha geniş formatda keçirilir. /modern.az/


MANŞET XƏBƏRLƏRİ