İran: Məkkə Alyansına üzv ölkələr Tehrana səfər edəcəklər


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək vəzifəli rəsmilərinin İranın paytaxtı Tehranda iranlı rəsmilərlə görüşləri planlaşdırılır.

Turkustan.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bakiri İran televiziyasına açıqlamasında Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən olan yüksək vəzifəli şəxslərin Qərbi Asiyada regional təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi çərçivəsində Tehrana səfər edəcəklərini bildirib.

Bakirinin sözlərinə görə, görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman, Pakistanın ordu qərargah rəisi Asim Munir və Türkiyədən yüksək vəzifəli bir rəsminin iştirakı gözlənilir.

O, həmçinin həmin şəxslərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə də danışıqlar aparacağını qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ