Almaniya kansleri Fridrix Merzin təxminən bir aylıq tətili ölkədə tənqidlərə səbəb olub.
Turkustan.az xəbər verir ki, Merz iyulun 29-dan etibarən ictimaiyyət qarşısında görünməyib. Bir neçə günlük nəzərdə tutulan tətilinin təxminən dörd həftəyə qədər uzandığı bildirilir.
Merzin istirahətdə olduğu müddətdə Almaniyada anomal istilər, quraqlıq, meşə yanğınları və çaylarda su səviyyəsinin azalması kimi problemlər yaşanıb. Bundan əlavə, Leypsiq-Halle hava limanında partlayıcı qurğu ola biləcəyi ehtimal edilən dronun aşkarlanması da ölkə gündəminə daxil olub.
Məqalədə kanslerin bu hadisələr fonunda ictimaiyyət qarşısında görünməməsi və açıqlama verməməsi tənqid olunub. Merzin siyasi baxımdan həssas bir dövrdə uzun müddət səssiz qalması da müzakirələrə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az