İspaniya miqrasiya böhranı ilə bağlı Avropadan dəstək istəyəcək


İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Seuta şəhərinə qeyri-qanuni miqrant axınının artması ilə əlaqədar Avropa İttifaqı (Aİ) ölkələrini həmrəy olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, "El Pais" qəzetinin məlumatına görə, Albares İspaniyanın TVE dövlət televiziyasına müsahibəsində bildirib ki, ölkəsi bu məsələni sabah keçiriləcək Aİ daxili işlər nazirlərinin iclasında gündəmə gətirəcək.

Nazirin sözlərinə görə, iclasda Aİ-yə üzv 27 ölkənin daxili işlər nazirləri və Avropa Komissiyasının nümayəndələri iştirak edəcək. İspaniya tərəfi qeyri-qanuni miqrasiya ilə mübarizədə Avropa tərəfdaşlarından daha güclü həmrəylik və dəstək tələb edəcək.

Albares həmçinin iddia edib ki, miqrasiya hadisələrindən sonra "beynəlxalq mürtəce qüvvələr" koordinasiyalı şəkildə hərəkət edir. Onun sözlərinə görə, bu qüvvələr baş verənləri şişirdir, həmçinin Şengen zonası ilə bağlı yalan və saxta məlumatlar yayırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ