Keçmiş mətbuat katibindən Zelenskiyə ağır ittiham: “O, nə qələbəyə, nə də sülhdə maraqlıdır...”


“Zelenski üçün əsas məsələ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli deyil, maliyyə axınlarına nəzarəti əlində saxlamaqdır”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.

“Fedorovun vəzifədən uzaqlaşdırılması sadəcə maliyyə axınlarının yenidən bölüşdürülməsidir. O, nə qələbəyə, nə də sülhdə maraqlıdır. Ona lazım olan pul axınlarına nəzarətdir”, – deyə Mendel “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, sabiq müdafiə naziri Mixail Fedorov ideal məmur olmasa da, baş verənlər dövlət siyasəti ilə bağlı deyil.

Mendel iddia edib ki, korrupsiya Zelenskinin hakimiyyətinin əsasını təşkil edir və o, hakimiyyətdə mümkün qədər uzun müddət qalmağa çalışır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ