"Partlayıcı Sursatların Təhüküsinə Dair Maarifləndirmə" təlimi keçirilib


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə "Partlayıcı Sursatların Təhüküsinə Dair Maarifləndirmə" təlimi keçirilib.

Bu barədə “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov QHT.az-a bildirib.

Sədr bildirib ki, təlimdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin mina problemləri ilə bağlı layihələrin qalib təşkilatlarının əməkdaşları, layihədə iştirak edəcək ekspertlər və təlimçilər iştirak ediblər. ("Beynəlxalq Avrasiya Mətbuat Fondu”; "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB; "Azərbaycanda Minadan Zərərçəkənlərin assosiasiyası" İB "Çıraq" Humanitar İnkişaf İB; "Dayaq" İB; “İnci” Məcburi köçkün qadınlar İB )

Təlim çərçivəsində iştirakçılara partlayıcı sursatların yaratdığı risklər, təhlükəli ərazilərdə davranış qaydaları və maarifləndirmə fəaliyyətinin təşkili ilə bağlı ətraflı məlumat verilib. Həmçinin, bu sahədə əldə olunan biliklərin icmalar arasında düzgün şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

N.Cəfərov təlim prosesində iştirakçıları maraqlandıran sualların ANAMA əməkdaşları tərəfindən ətraflı və dolğun cavablandırıldığını qeyd edib.

Təlimin sonunda iştirakçılara nəzəri biliklərin qiymətləndirilməsi məqsədilə test sualları paylanılıb.

Sədr sonda yüksək səviyyədə keçirilən tədbirlə görə ANAMA kollektivinə minnətdarlığını bildirib.


MANŞET XƏBƏRLƏRİ