ABŞ Nümayəndələr Palatası müdafiənin gücləndirilməsini də əhatə edən 95 milyard dollarlıq büdcə təklifini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatası müdafiəni gücləndirmək, fermerlərə yardım göstərmək və seçici qeydiyyatı qaydalarını sərtləşdirmək üçün dəyişiklikləri özündə ehtiva edən 95 milyard dollarlıq büdcə təklifinə səs verib.
Təklif 214 "xeyr" səsinə qarşı 216 "bəli" səsi ilə qəbul edilib. "Xeyr" səsi verənlər arasında Demokratlarla yanaşı, iki Respublikaçı da var idi.
ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən İrana hücumların maliyyələşdirilməsində "ilk addım" kimi görülən təklif hazırda yalnız "plan"dır.
Təklifin Senatda da səsə qoyulması lazımdır, lakin onun oradakı taleyi qeyri-müəyyən olaraq qalır.
Aytən Yaşar/ Turkustan.az