Zelenski: Rusiya Kiyevə ən böyük ballistik hücumlardan birini etdi


İyulun 19-na keçən gecə Rusiya Ukraynaya, əsas hədəfi Kiyev olmaqla, 40-dan çox müxtəlif tipli raket və 120 hücum dronu ilə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, Rusiya həmin gecə Kiyevə müharibə dövrünün ən iri ballistik hücumlarından birini həyata keçirib. Hazırkı məlumata əsasən, Kiyev şəhəri və vilayətində bir nəfər həlak olub, 16 nəfər yaralanıb. Yaralılara zəruri tibbi yardım göstərilir.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində üç ərazidə xilasetmə işləri davam edir və əməliyyatlara 600-ə yaxın xilasedici cəlb olunub. Müvafiq xidmətlər Odessa vilayətində də fəaliyyət göstərir.

Zelenski bildirib ki, təkcə bu həftə ərzində Rusiya Ukraynaya qarşı təxminən 1 450 hücum dronu, 1 640-dan çox idarəolunan aviasiya bombası və 99 müxtəlif tipli raketdən istifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ