Venesuelada zəlzələ qurbanlarının sayı 5 119-a çatdı


Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 119 nəfərə çatıb.

Turkustan.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) sədri Xorxe Rodriges sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, son məlumatlara əsasən ölənlərin sayı daha 50 nəfər artaraq 5 119-a yüksəlib. Onun sözlərinə görə, yaralıların sayı isə 16 740 nəfərdir.

Rodriges qeyd edib ki, iki güclü zəlzələdən sonra bölgədə indiyədək 1 350-dən çox afterşok qeydə alınıb. O, zədələnmiş binaların hələ də təhlükə yaratdığını vurğulayaraq vətəndaşları ehtiyatlı olmağa çağırıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) isə iyunun 26-da yaydığı məlumatda zəlzələlərin vurduğu birbaşa fiziki ziyanın təxminən 6,7 milyard dollar olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ