Rusiya 500 min nəfəri döyüşlərə göndərir - Səfərbərlik


Rusiya Federasiyası payıza qədər 500 min nəfərin səfərbərliyə alınmasına hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Teleqram kanalında yazıb.

“Ruslar bu insanların bir hissəsini ilk iki həftə ərzində şərqdəki boşluqları doldurmaq üçün döyüşə göndərməyi, qalanlarını isə potensial olaraq cəbhənin yeni istiqamətinin açılması üçün bir ay ərzində hazırlamağı planlaşdırırlar. Bu, Rusiya Federasiyasının planıdır.

Kirienko və Gerasimov Putini bunun bizə qalib gəlməyə kömək edəcəyinə inandırıblar. Mən dəqiq bilirəm ki, onlar yanılırlar. İndi hamımıza birlik və effektivlik lazım olacaq”, – deyə o vurğulayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ