ABŞ-ın Ohayo ştatında yüngülmühərrikli təyyarənin pilotu qeyri-adi hava aksiyası həyata keçirib.
Turkustan.az xəbər verir ki, pilot 6 saat 11 dəqiqə davam edən uçuş zamanı təyyarənin marşrutunu elə planlaşdırıb ki, trek xəritəsində ABŞ-ın konturları içərisində "ABŞ-ın 250 ili" yazısı əmələ gəlib.
Pilotun bu addımı maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş yayılıb. Sözügedən aksiya ölkənin 250 illik yubileyinə özünəməxsus bir təbrik kimi qiymətləndirilir.
/Bizim.Media