Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya təzyiqi artırmaq və müharibənin başa çatdırılmasına töhfə vermək məqsədilə 40 günlük əməliyyat planını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Prezident bildirib ki, o, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin səlahiyyətlərini icra edən general-mayor Yevgeni Xmaranın məruzəsini dinləyib. Məruzədə "uzunmənzilli" və "ortamənzilli" əməliyyat planları, həmçinin cəbhədə fəaliyyət göstərən "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin nəticələri barədə məlumat verilib.
Zelenski vurğulayıb ki, SBU son aylarda müxtəlif tipli pilotsuz uçuş aparatlarından (PUA) səmərəli istifadə edərək cəbhədə Ukrayna qüvvələrinin mövqelərinin qorunmasında yüksək nəticələr göstərib.
“SBU-nun bir neçə ay ardıcıl olaraq müxtəlif növ dronlardan istifadə etməsi sayəsində cəbhədə ən yüksək nəticələri nümayiş etdirməsi vacibdir. ‘Alfa’ Mərkəzinin bölmələri işğalçı qüvvələrin canlı qüvvə və hərbi texnika itkilərinə görə lider mövqedədir”, – deyə Zelenski qeyd edib.
Aytən Yaşar/ Turkustan.az