Makron: Biz Rusiya tankerinə qarşı müdaxilə etdik


Fransa prezidenti Emmanuel Makron Fransa donanmasının Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" məxsus olduğu düşünülən bir neft tankerini ələ keçirdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Makron ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Fransa donanmasının 23 iyunda Siciliya sahillərində dəniz qanunlarını pozduğuna görə "Deliver" neft tankerini ələ keçirdiyini açıqlayıb.

Makron qeyd edib ki, Böyük Britaniya da bir neçə gün əvvəl oxşar əməliyyat keçirib və bu hadisələrin Avropanın Rusiya kölgə donanması ilə mübarizə aparmaq əzmini nümayiş etdirdiyini bildirib.

Makron bildirib ki, "Biz kölgə donanmasının sanksiyalardan yayınmasına və Rusiyanın müharibə səylərini maliyyələşdirməsinə icazə verməyəcəyik.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ