“Evə get!”: Netanyahu hərbi mərasimdə etiraz hədəfi oldu


İsrailin Baş naziri Benyamin Netanyahu zabitlərin məzuniyyət mərasimində çıxışı zamanı etirazlarla qarşılaşıb.

Turkustan.az xəbər verir ki, o, çıxışında həlak olmuş əsgərlərdən və qardaşı Yonatan Netanyahudan bəhs edərkən iştirakçılardan biri "Evə get!" deyə qışqırıb. Bu çağırış zalda müxtəlif reaksiyalara səbəb olub.

Qəzzada davam edən əməliyyatlar və Livandakı münaqişə fonunda daxili təzyiqlərlə üzləşən Netanyahu hərbi mərasimdə çıxış etmək üçün kürsüyə qalxarkən auditoriyanın bir hissəsinin narazılığı ilə qarşılaşıb.

Netanyahu keçmiş hərbi əməliyyatda həlak olmuş böyük qardaşı Yonatan Netanyahu haqqında emosional çıxış edərkən zalda gərginlik hiss olunub. Bu zaman iştirakçılardan biri ivrit dilində "Lech Habaita!" ("Evə get!") deyə səslənib.

Hadisədən sonra bəzi iştirakçılar etiraz edən şəxsi susdurmaq üçün alqışlasalar da, zaldakı xeyli sayda insan həmin etirazı dəstəkləyərək narazılığını nümayiş etdirib. Bu səbəbdən çıxış zamanı qısa müddətli gərgin anlar yaşanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ