ABŞ “Tramp marşrutu” ilə bağlı xüsusi fond yaratdı


“İrəvan və Vaşinqton “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi istiqamətində sürətlə irəliləmək əzmindədir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir layihənin həyata keçirilməsi üçün lazım olan investisiyalar və kapital məsələsinə toxunaraq vurğulayıb ki, ABŞ proyektin maliyyələşdirilməsi ilə bağlı ən azı ilkin qərar qəbul edib, regional layihələrin, o cümlədən TRIPP-in maliyyələşdirilməsi üçün xüsusi fond yaradıb.

“Artıq böyük həcmdə vəsait ayrılıb, qalan hissə üzrə isə Ermənistan öz öhdəliklərini yerinə yetirəcək. Sənəd imzalanıb, indi isə ratifikasiya mərhələsindədir. Amma formal prosedurları gözləməməliyik, mümkün qədər tez irəliləməliyik. Bu, həm bizim, həm də ABŞ-nin mövqeyidir”, - Paşinyan bildirib./teleqraf


MANŞET XƏBƏRLƏRİ