Partiyadan xaric etdiyi şəxsdən üzr istədi! O, öz vəzifəsində davam edəcək


“Mütləq etibarsızlıq” qərarından sonra inzibati strukturu yenidən formalaşdırılan Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili gərginlik davam edir.

Turkustan.az xəbər verir ki, məhkəmə qərarı ilə formalaşdırılan yeni rəhbərlik tərəfindən partiyadan daimi xaric edilməsi tələbi ilə Ali İntizam Şurasına (YDK) göndərilən doqquz millət vəkilindən biri ilə bağlı mühüm inkişaf baş verib.

CHP Qrup sədr müavini Gökhan Günaydının apellyasiya şikayəti qəbul edilib və ona qarşı tətbiq olunan “ehtiyat tədbiri” ləğv olunub.

Qərardan sonra Günaydının Türkiyə Böyük Millət Məclisində qrup sədr müavini vəzifəsini davam etdirməsinə icazə verilib. Bununla belə, partiya daxilində digər deputatlarla bağlı proseslər davam edir.

Partiyadan uzaqlaşdırılması tələb edilən doqquz millət vəkilindən yalnız Gökhan Günaydının şikayəti təmin olunub, digər səkkiz deputatla bağlı ehtiyat tədbirləri isə qüvvədə saxlanılıb.

CHP üzvü Günaydın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ