ABŞ İranla nüvə danışıqlarına hazırlaşır: Vitkoff və Kuşnerdən mühüm görüş


ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin İranla mümkün nüvə danışıqlarına hazırlıq çərçivəsində Tennessi ştatında nüvə mütəxəssisləri ilə görüşdüyü bildirilib.

Turkustan.az xəbər verir ki, "American Axios" platformasına danışan iki ABŞ rəsmisinin sözlərinə görə, Vitkoff və Kuşner Tennessi ştatındakı Oak Ridge Milli Laboratoriyasında uran emalı və santrifüj texnologiyaları üzrə mütəxəssislərlə görüşüblər.

Rəsmilər iddia edir ki, mümkün nüvə danışıqlarına hazırlıq məqsədilə aparılan danışıqlar nəticəsində İranla ABŞ arasında ilkin razılıq əldə olunarsa, danışıqları dəstəkləmək üçün təxminən 100 mütəxəssisdən ibarət qrup yaradılacaq.

Hesabatda həmçinin iddia edilirdi ki, Ağ Ev İranla müharibəyə son qoyacaq və hərtərəfli nüvə danışıqlarına yol açacaq anlaşma memorandumu üzərində işləyir və potensial danışıqlar başlasa, texniki mütəxəssislər prosesə cəlb olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ