Təhsildən yayındırılaraq məcburi əməyə və dilənçiliyə cəlb edilən uşaqların aşkarlanması məqsədilə monitorinq keçirilib


“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsinin icra planına uyğun olaraq, 25–26 may 2026-cı il tarixlərində İsmayıllı rayonunda təhsildən yayındırılaraq məcburi əməyə və dilənçiliyə cəlb edilən uşaqların aşkarlanması məqsədilə monitorinq keçirilib.

QHT.az xəbər verir ki, monitorinq İsmayıllı rayonunun mərkəzində, rayonun Basqal qəsəbəsində, Lahıc qəsəbəsində, İvanovka, Qaraqaya, Gəndov, Namazgah, Talıstan kəndlərində aparıldı. Monitorinq zamanı 18 yaşına çatmayan uşaqların təhsildən yayındırılaraq küçə ticarətində, kənd təsərrüfatı və tikinti sahələrində validynləri, yaxın qohumları və digər şəxslər tərəfindən işlədilmə və diləndirilmə hallarına rast gəlinmədi. Amma müxtəlif bəhanələr gətirərək dərsə getməyib küçələrdə gəzən çoxlu sayda uşaqlar aşkarlandı. Dərsə getməyən uşaqlar və onların valideynləri ilə prolaktik söhbətlər aparıldı.

Monitorinqin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.


MANŞET XƏBƏRLƏRİ