CHP-də böhran dərinləşir: Kılıçdaroğlu qrup iclasını dayandırdı


"Mütləq etibarsızlıq" qərarından sonra CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlu ilə Özgür Özel arasında siyasi mübarizə daha da qızışıb.

Turkustan.az xəbər verir ki, Özəl tərəfi Ankarada keçirilən Qurban bayramı tədbirlərində üstünlük nümayiş etdirsə də, diqqətlər sabah Türkiyə Böyük Millət Məclisində keçiriləcək CHP Qrup Toplantısına yönəlib. Toplantının tərəflər arasında hakimiyyət uğrunda mübarizənin yeni mərhələsinə çevriləcəyi gözlənilir.

Məhkəmə qərarı ilə yenidən CHP sədri olan Kamal Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa müraciət edərək son partiya qurultayında keçirilən seçkilərin qanunsuz olduğunu iddia etməsindən sonra başlayan böhran, parlamentin qrup iclası ərəfəsində kulminasiya nöqtəsinə çatıb. Kılıçdaroğlu deputatlara göndərdiyi rəsmi məktubda bildirib ki, onun göstərişi və təsdiqi olmadan heç bir qrup toplantısı keçirilə bilməz.

Kılıçdaroğlu məktubunda vurğulayıb ki, CHP Parlament Qrupu Baş Məclisinin iclas tarixi hələ onun tərəfindən müəyyən edilməyib. O qeyd edib:

“CHP Parlament Qrupu Baş Məclisinin iclasının tarixi hələ tərəfimdən müəyyən edilməyib. İclasın tarixi, gündəliyi və keçiriləcəyi yer müəyyənləşdirildikdən sonra sizə məlumat veriləcək. CHP Parlament Qrupu Baş Məclisi bu məsələlərlə bağlı tərəfimdən lazımi məlumat və göstəriş verilməyənədək toplanmayacaq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ