İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “Iran International” teleqram kanalının yaydığı məlumata görə, Pezeşkian bununla bağlı İranın ali rəhbərliyinə məktub göndərib.
Məlumatda bildirilir ki, prezident qərar qəbuletmə proseslərində hökumətin rolunun məhdudlaşdırılmasından və bir sıra məsələlərdə səlahiyyətlərini tam həyata keçirə bilməməsindən narazıdır.
Hazırda İranın rəsmi qurumları tərəfindən bu məlumat təsdiqlənməyib və ya təkzib olunmayıb. /musavat.com/