Kolumbiya prezident seçkiləri, ilk turda heç bir namizəd tələb olunan səs faizini toplaya bilmədikdən sonra ikinci tura keçdi.
Turkustan.az xəbər verir ki, ilk turda ən çox səs toplayan ifrat sağçı namizəd Abelardo de la Espriella və solçu namizəd İvan Cepeda 21 iyunda keçiriləcək ikinci turda yarışacaqlar.
Kolumbiya Milli Vətəndaşlıq Aktları Qeydiyyatının (Registraduria Nacional del Estado Civil) ilkin nəticələrinə görə, bülletenlərin 96%-i sayılıb.
Vətən Müdafiəçiləri (Defensores de la Patria) partiyasının ifrat sağçı namizədi Abelardo de la Espriella səslərin 43,62 faizini toplayaraq yarışı birinci yerdə başa vurub.
Hakim Tarixi Alyansın (Pacto Historico) solçu namizədi İvan Cepeda səslərin 41,13%-ni toplayaraq ikinci yeri tutub.
Keçmiş prezident Alvaro Uribenin rəhbərlik etdiyi Demokratik Mərkəz (Centro Democratico) partiyasının namizədi Paloma Valensiya 6,86% səslə üçüncü, Antiokiya ştatının keçmiş qubernatoru Serxio Faxardo 4,20% və Sistemi Məhv Etmək Hərəkatının namizədi Raul Santyaqo Botero 0,95% səslə üçüncü yeri tutub.
Aytən Yaşar/ Turkustan.az