Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi olan Adam Kadırov növbəti dəfə medalla təltif olunub.
Turkustan.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
“Çeçenistan Respublikası rəhbərinin köməkçisi və Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi Adam Kadırovu "Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə" medalı ilə təltif edilməsi münasibətilə təbrik edirik. Bu nüfuzlu mükafatı Milli Qvardiyanın Xüsusi Təyinatlı Qüvvələr Mərkəzinin rəisi general-mayor Pavel Kozayev təqdim edib”, - Dudayev bildirib./axar.az