İsrail mediası: Təl-Əviv ABŞ və İran arasında danışıqlarından narahatdır


İsrailin Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında davam edən danışıqları yaxından izlədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin “12-ci Kanal” televiziyasının məlumatına görə, Təl-Əviv ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə davam edən dolayı danışıqları yaxından izləyir.

Məlumata əsasən, İsrail ordusu İrana qarşı hücumların yenidən başlaya biləcəyi ehtimalına görə yüksək hazırlıq vəziyyətindədir. İsrailin xüsusilə İranın nüvə və ballistik raket proqramlarını əhatə etməyən, eyni zamanda sanksiyaların yumşaldılmasını nəzərdə tutan mümkün razılaşmadan narahat olduğu bildirilir.

Hesabatda həmçinin qeyd olunur ki, İsrail ordusu Hizbullahın dron təhlükəsini azaltmaq məqsədilə Livanın cənubundakı qüvvələrinin sayını azaltmağa qərar verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə ABŞ-la aparılan danışıqlarla bağlı “Həm razılaşmadan çox uzaq, həm də çox yaxınıq” deyə bildirib. O əlavə edib ki, İranın ABŞ-a təqdim etdiyi 14 maddəlik təklif nüvə məsələləri və dondurulmuş aktivlərin azad edilməsini əhatə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ