Qəzzaya yardım aparanlar İsraildə zorlanıb, döyülüb, təhqir olunub - İDDİA


Avropdan Qəzzaya yardım aparmağa çalışan donanmanın təkilatçıları könüllülərin saxlanıldıqdan sonra İsrail həbsxanasında zorakılığa məruz qaldıqlarını, bir neçə nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini və ən azı 15 nəfərin zorlandığını iddia edirlər.

Almaniya bəzi vətəndaşlarının xəsarət aldığını və bəzi ittihamların ciddi olduğunu bildirib.

İtaliyada prokurorlar adam oğurluğu və cinsi təcavüz də daxil olmaqla mümkün cinayətləri araşdırırlar.

İsrail həbsxana xidmətinin sözçüsü açıqlamasında bildirib: “Qaldırılan iddialar yalandır və tamamilə faktiki əsasa malik deyil”.

Onlar bildiriblər ki, bütün məhbuslar və saxlanılanlar qanuna uyğun olaraq, əsas hüquqlarına tam riayət edilməklə və peşəkar və təlim keçmiş həbsxana işçilərinin nəzarəti altında saxlanılırlar.

50 gəmidə saxlanılan 430 nəfərdən biri olan italyan iqtisadçı Luka Podji Romaya gəlişində “Röyters” agentliyinə deyib: "Bizi soyundurdular, yerə yıxdılar, təpiklədilər. Çoxumuz elektroşokerlə vuruldu, bəzilərimiz cinsi təcavüzə məruz qaldı".

Almaniya Xarici İşlər Nazirliyinin bildirib ki, alman vətəndaşlara qarşı humanist rəftar "mütləq prioritet" olub və əlavə edib: "İrəli sürülən bəzi iddialar ciddi olduğundan, təbii ki, tam izahat gözləyirik."

Donanmadakı fransızlarım vətənə qaytarılmasının təşkilinə kömək edən Sabrina Çarik bildirib ki, beş fransız könüllü Türkiyədə xəstəxanaya yerləşdirilib, bəzilərinin qabırğaları sınıb və ya onurğaları zədələnib. O bildirib ki, bəzi könüllülər cinsi zorakılığa məruz qalmaları haqda ittihamlar irəli sürüblər.

adri.JPG (20 KB)

“Röyters” tərəfindən təsdiqlənmiş aktivist qrupunun İnstaqram paylaşımında Fransa vətəndaşı Adrien Juan kürəyində və qollarındakı qançırları göstərib.

Fəallar iddia edilən zorakılığın bəzilərinin İsrail dəniz qüvvələri tərəfindən saxlanıldıqdan sonra dənizdə, bəzilərinin isə İsraildə həbs olunaraq həbs olunduqdan sonra baş verdiyini bildiriblər.

Bir neçə Avropa ölkəsindən olan fəalların cümə axşamı İsraildən deportasiya edildikdən sonra Türkiyədən uçuşlarla evə qayıdıblar./Musavat.com


MANŞET XƏBƏRLƏRİ