Rusiyanın Dnepr şəhərinə hücumu: Yaralıların sayı 14-ə çatdı


Dneprdə Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində yaralananların sayı 14 nəfərə yüksəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, yaralılardan 10 nəfər xəstəxanaya yerləşdirilib.

Daha əvvəl, saat 17:28-də Qanja yaralıların sayının 11 olduğunu bildirmişdi.

O qeyd edib ki, xəsarət alanlar arasında 13 yaşlı bir oğlan da var və o, uşaq xəstəxanasına yerləşdirilib. Həmçinin 7 yetkin xəstəxanada müalicə alır, onların vəziyyəti orta ağır qiymətləndirilir. Digər üç yaralıya isə ambulator yardım göstərilib

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ