Səudiyyə Ərəbistanı tərəfindən üç dron zərərsizləşdirildi


Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraq hava məkanından gələn üç pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqladı.

Turkustan.az xəbər veri ki, ANKA xəbər agentliyinin Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki bazar günü səhər İraq istiqamətindən ölkənin hava məkanına daxil olan üç dron aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Maliki ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı qətiyyətli olduqlarını bildirərək əlavə etdi: "Müdafiə Nazirliyi bu hücum cəhdinə uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır".

Maliki, Səudiyyə Ərəbistanının suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini hədəf alan hər hansı bir cəhdə qarşı lazımi əməliyyat tədbirlərinin görüləcəyini bildirib və hücumlara qarşı bütün tədbirlərin görüləcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ