Pezeşkian Papa XIV Leoya təşəkkür mesajı göndərdi


İran prezidenti Məsud Pezeşkian ABŞ-İsrail müharibəsinə qarşı mövqeyi ilə tanınan Papa Leo XIV-ə mesaj göndərib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, "İrana qarşı son hərbi hücumlarla bağlı sizin mənəvi və rasional mövqeyinizi yüksək qiymətləndirirəm".

Pezeşkian Vatikan dövlətinin başçısı Papa XIV Leoya ABŞ-İsrail hücumları ilə başlayan müharibə ilə bağlı mövqeyinə görə təşəkkür edib və ölkəsinin "diplomatiya və dinc həllərə sadiq qaldığını" bildirib.

İran prezidentliyinin yazılı açıqlamasına görə, Pezeşkian ABŞ-İsrail müharibəsinə qarşı mövqeyi ilə tanınan Papa Leo XIV-ə mesaj göndərib.

Pezeşkian mesajına Qurandan Fussilət surəsinin 15-ci ayəsini sitat gətirməklə başlayıb, eyni zamanda Papanın təcavüzə qarşı "mənəvi mövqeyini" tərifləyib və beynəlxalq ictimaiyyətin də ABŞ-ın "qanunsuz və təhlükəli" siyasətinə qarşı çıxmalı olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ