Küveyt SEPAH-ın diversiya cəhdinin qarşısını aldı


Küveyt təhlükəsizlik qüvvələri Bubiyan adasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) həyata keçirməyə çalışdığı diversiya cəhdinin qarşısını aldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, hadisə zamanı İran İnqilab Keşikçiləri Korpusunun dörd üzvü saxlanılıb. Atışma zamanı isə Küveyt hərbçilərindən biri yaralanıb.

Məlumata görə, qrup strateji əhəmiyyət daşıyan adaya balıqçı qayığı ilə daxil olub və “düşmən xarakterli fəaliyyətlər” həyata keçirməyi planlaşdırıb.

Küveyt rəsmiləri saxlanılan şəxslərin ilkin ifadələrində ittihamları etiraf etdiklərini bildirib. Hadisədə iştirak etdiyi deyilən daha iki nəfərin isə axtarışda olduğu qeyd olunub.

Baş verən insidentdən sonra Küveyt Xarici İşlər Nazirliyi İran səfirini çağırıb. Rəsmi dairələr hadisəni ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ