BƏƏ-nin OPEC-dən çıxmasına Trampdan REAKSİYA: “Bu, əla qərardır”


ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Artemis 2” heyəti ilə görüşü zamanı jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmaq qərarına münasibət bildirən Tramp bu addımı müsbət qiymətləndirib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayedi yaxşı tanıdığını vurğulayaraq, onun ağıllı lider olduğunu və müstəqil qərar vermək istədiyini qeyd edib.

“Düşünürəm ki, bu, əla bir şeydir. O, çox ağıllı insandır və yəqin ki, öz yolu ilə getmək istəyir. Bu, yaxşıdır. Nəticədə hesab edirəm ki, bu qərar neft qiymətlərinin aşağı düşməsi baxımından müsbət təsir göstərəcək,” – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, bu qərar ABŞ üçün heç bir problem yaratmır. O, həmçinin zaman-zaman OPEC ilə müəyyən çətinliklərin yaşandığını da qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri 1 may tarixindən etibarən OPEC və OPEC+ üzvlüyündən çıxmaq qərarını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ